Rusiyada azərbaycanlı adının “qəribəliyinə” görə saxlanıldı

33 Baxış

Rusiyanın paytaxtı Moskvanın hava limanında “Ya Zamir” (“Я Замир”, tərcümə: Mən Zamirəm) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış (“Я за мир”, tərc.: “Mən sülh tərəfdarıyam”) kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.