Məşhur yazıçı 109 yaşında vəfat etdi

20 Baxış
Məşhur yazıçı Boris Pahor Triestdə 109 yaşında vəfat edib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Pahor İtaliyadakı sloven azlığının nümayəndəsidir. O, 1913-cü il avqustun 26-da o zaman Avstriya-Macarıstana məxsus olan Triestdə anadan olub. 1940-cı ildə İtaliya ordusuna çağırılıb və Liviyaya döyüşə göndərilib. O, yalnız 1943-cü ildə doğma şəhərinə qayıdıb, orada partizan Yuqoslaviya ordusuna qoşulub, lakin 1944-cü ildə həbs edilib.

Pahorun ən məşhur romanı həbs düşərgəsindəki həyatdan bəhs edən “Nekropol”dur. Kitab bir neçə dilə tərcümə olunub.

Yazıçı bir çox müxtəlif mükafatlara layiq görülüb, ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.