Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Ərdoğana dedi ki, biz buna hazırıq – Kreml

245 Baxış
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə telefon danışığı zamanı ölkəsinin türk tərəfdaşları ilə razılaşma çərçivəsində Qara dənizdə yüklərin dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılmaqla yüklərin maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678