ÜST-dən koronavirusun ştammları ilə bağlı XƏBƏRDARLIQ

9 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən daha yoluxucu olma ehtimalı olan yeni ştammlarının ortaya çıxacağını gözləyir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu ÜST eksperti Mariya van Kerxove deyib.

“Biz koronavirusun daha çox variantının müəyyən ediləcəyini və onların daha yoluxucu olma ehtimalını gözləyirik” ,- deyə o, ÜST-nin “Twitter“ səhifəsində yayımlanan sual-cavab sessiyası zamanı bildirib.

Eyni zamanda, onun sözlərinə görə, mütəxəssislər bu ştammlara yoluxmanın xəstəliyin daha ağır gedişatına gətirib çıxaracağını hələ öyrənməyə çalışır.

Qeyd edək ki, dünyada indiyədək virusa 526 558 033 yoluxma hadisəsi baş verib. Onlardan 6 287 117 nəfəri ölüb.

İnfeksiyaya ən çox yoluxma ABŞ-dadır – 82 853 070. Sonrakı yerlərdə Hindistan (43 158 087), Braziliya (30 846 602), Fransa (28 610 988) və Almaniya (26 305 996) qərarlaşıb.