Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tbilisi merinin müavini evində ölü tapıldı

105 Baxış

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin merinin müavini İlya Eloşvili öz mənzilində ölü tapılıb.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda Eloşvilinin evində kriminalistlər araşdırma aparır. Mer müavininin ölüm səbəbi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, İlya Eloşvili 2012-2017-ci illərdə energetika nazirinin müavini olaraq fəaliyyət göstərib. 2017-ci ildən isə Tbilisi merinin müavini vəzifəsində çalışıb. O, evli olub və iki övladı var.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678