Moskva Ukrayna ilə danışıqlara hazırdır – Matviyenko

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O, Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb
Belə bir bəyanatla Federasiya Şurasının sədri Valentina Matviyenko müharibənin dördüncü ayında çıxış edib. Rusiya Ukraynada açıq və qızğın müharibə apardığı bir vaxtda Matviyenko hansısa “vətəndaş müharibəsi” haqqında danışmağa başlayıb.
“Biz danışıqlara açığıq. Mən sizin mövqeyinizlə tam razıyam ki, diplomatik, sülh yolu ilə həll yolları lazımdır, lakin bunun üçün hər iki tərəfdən iradə lazımdır. Biz danışıqlara, Ukraynada vətəndaş müharibəsinə son qoyacaq və sülhə gətirib çıxaracaq sazişlərin imzalanmasına hazır olduğumuzu təsdiq edirik, lakin Kiyevdən belə reaksiya görmürük”, – deyə Matviyenko bildirib.