Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan prezidentidən Saakaşvili haqda daha bir AÇIQLAMA: “Əfv etməyəcəyəm”

93 Baxış
Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin əfv olunması məsələsində mövqeyini dəyişmək fikrində olmadığını bildirib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, o, bu barədə Palitranews telekanalına eksklüziv müsahibəsində bildirib.

“Əfv olmayacaq, çünki bu, “ölkədə qütbləşməni artıracaq”. Siz Gürcüstan cəmiyyətini tanıyırsınız, bilirsiniz ki, bu, ən aktual məsələlərdən biri olacaq. Mən qütbləşməni azaltmaq üçün artıq üç dəfə insanları əfv etmişəm, sonra nəticə əldə olunmayıb. Belə olan halda insanların fikirləri daha kəskin ifadə olunur”. “Georgian News” onun sözlərini sitat gətirib.

Zurabişvili dəfələrlə bu mövzuda çıxış edib, hər dəfə qəti mövqe nümayiş etdirib.

Onun fikrincə, Saakaşvilini siyasi məhbus hesab etmək olmaz.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678