Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şimali Koreya Yaponiyaya 8 RAKET ATDI – “Reuters”

100 Baxış
Şimali Koreya Yaponiyaya 8 raket atıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat verib. Raketin buraxılması Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri başa vurmasından bir gün sonra olub.

Yaponiyanın müdafiə naziri Nobuo Kişinin sözlərinə görə, raketlərin maksimal uçuş hündürlüyü 100 km-ə qədər olub, onlar 400 km-ə qədər uçub.

Seulun məlumatına görə, Şimali Koreya ilin əvvəlindən bəri 18-ci dəfə ballistik raket atıb. Yaponiya hökuməti bildirib ki, sonuncu dəfə KXDR may ayının ortalarında Bayden Yaponiyaya səfər edərkən raket atıb.

Yonhap xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru naməlum ballistik raket atdığını bildirib.

Ordu hələlik təfərrüatları açıqlamayıb.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678