Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsveçrə Rusiyaya qarşı sanksiyaları bu halda ləğv edəcək

109 Baxış
Avropa İttifaqı (Aİ) də eyni addımı atacağı təqdirdə Bern Rusiyaya qarşı sanksiyaları ləğv edəcək.

Turanmedia.az “Ölkə.az”-a istinadən xəbər verir ki, bunu İsveçrənin iqtisadiyyat naziri Qay Parmelin “ATS Kingston” xəbər agentliyinə açıqlamasında deyib.

“Aİ sanksiyaları ləğv etsə, İsveçrə də qanuni çərçivəyə uyğun olaraq bunu edəcək”, – nazir bildirib.

Parmelin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların İsveçrə iqtisadiyyatına təsir etdiyini etiraf edib. O vurğulayıb ki, Bern onların İsveçrəyə təsirini azaltmaq üçün aidiyyəti müəssisələr və cəlb olunmuş banklarla sıx əməkdaşlıq edir.

İsveçrə bitərəf statusuna baxmayaraq, Aİ-nin Rusiyaya qarşı elan etdiyi sanksiyaları dəstəkləyib. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678