Rusiyada hərbi komissarlığı yandırmaq istədilər

12 Baxış
Rusiyanın Vladivostok bölgəsində naməlum şəxslər taxtadan tikilmiş tarixi əhəmiyyətə malik binada yerləşən hərbi komissarlığı yandırmağa cəhd ediblər.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, iyunun 8-də səhər saatlarında iki naməlum şəxs hərbi komissarlığın taxta binasının divarına “Molotov kokteyli” atıb. Yanğın nəticəsində binanın üzlükləri zədələnib.

Məlumata əsasən, Rusiyada müharibə başlayandan bəri ən azı 18 hərbi komissarlıq yandırılıb.