Ərdoğan: “Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə”

“Qərbə etibar etmək olmaz”.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan türk gəncləri ilə görüşündə deyib. O bildirib ki, Qərb ölkələrinə inanmır.
Ərdoğan öz ərazisində Amerika bazalarına ev sahibliyi edən Yunanıstanı tənqid edərək bunu özünü Rusiyadan qorumaq istəyi ilə əsaslandırıb. Türkiyə lideri qeyd edir ki, əvvəllər nə Yunanıstan, nə də digər Qərb ölkələri eskalasiyanı azaltmaq üçün addım atmayıb.
“Yunanıstandan niyə Amerika bazalarını yaratdığınızı soruşduqda onlar belə cavab verirlər: “Rusiyaya qarşı”. Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə”, – deyə o qeyd edib.
Daha əvvəl Ərdoğan bəyan edib ki, Türkiyə hakimiyyəti hələ də İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətlərini təsdiqləməyə hazır deyil. Türkiyə Prezidenti əlavə edib ki, Stokholm və Helsinki respublikada terrorçu kimi tanınan təşkilatları dəstəkləməkdə davam edir.