Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynanı nə qədər insan tərk edib?

119 Baxış

Rusiya müdaxiləsi başlayan gündən 10 iyun tarixinə kimi 4,8 milyon insan Ukraynanı tərk edib, 2 milyon insan isə qayıdıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, savaşın qaynar fazası tez bitərsə, o zaman cəmi 500-600 min insan ölkəyə qayıtmayacaq, əks halda ukraynalılar mümkün qədər vətənlərindən uzağa gedəcəklər.

Məlumata görə, kişilərə ölkəni tərk etmək qadağası götürülərsə, Ukraynadan gedənlərin sayı 5 milyona çatacaq.

Qeyd edək ki, bu statistika BMT-nin açıqladığı rəqəmlərdən kəskin fərqlənir. Beynəlxalq təşkilat 6,5 milyon insanın Ukraynanı tərk etdiyini bildirir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678