Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin ona yer tapa bilmir: Rusiyanın gündəmi olan ukraynalı qadın kimdir…

96 Baxış
Rusiya Prezidenti Vladimir Putin Natalya Poklonskayanı Rossotrudniçestvo rəhbərinin müavini vəzifəsindən azad edib

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, ölkə başçısının fərmanı ilə o, Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo-red) rəhbərinin müavini vəzifəsindən azad edilib.

Sənəddə qeyd olunur ki, sərəncam imzalandığı gündən, yəni iyunun 13-dən etibarən qüvvəyə minib.

Poklonskaya öz növbəsində bildirib ki, Rusiya Federasiyası Prezidentinin onun başqa işə keçməsi ilə əlaqədar Rossotrudniçestvo rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında fərmanı imzalanıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin başqa işə keçməyimlə əlaqədar Rossotrudniçestvo rəhbərinin müavini vəzifəsindən azad edilməyim haqqında sərəncam imzalayıb. Dəstək və etimada görə Prezidentimizə minnətdaram!”, – o, bazar ertəsi teleqram kanalında yazıb.

42 yaşlı Poklonskaya başqa işə keçdiyini izah etsə də, hansı işə keçdiyini açıqlamayıb.

Qeyd edək ki, Poklonskaya 4 aya yaxın idi ki, bu vəzifəyə təyinat almışdı. Belə ki, Putin 2022-ci ilin fevralın 2-dəki fərmanı ilə Poklonskayanı Rossotrudniçestvo rəhbərinin müavini təyin etdi. Dövlət başçısı digər sərəncamla onu Rusiyanın Kabo-Verdedəki səfiri vəzifəsindən azad edib. O bu vəzifəyə 2021-ci ilin oktyabrında təyin edilib və yanvarın 19-da Rusiya Xarici İşlər Nazirliyi Poklonskayanın Kabo-Verdeyə səfir kimi gedişinin şəxsi səbəblərə görə ləğv edildiyini açıqlayıb.

Natalya Poklonskaya 2000-ci illərin əvvəllərindən Krım prokurorluğunda işləyir. 2014-cü ilin martında o, Respublikanın prokuroru təyin edilib və yarımadanın Rusiyaya birləşməsi ilə bağlı keçirilən referendumdan sonra vəzifəsini qoruyub. 2014-cü il hadisələrindən sonra Poklonskaya Qərb ölkələrinin, o cümlədən Aİ, Kanada və ABŞ-ın sanksiya siyahısına daxil edilib.

O, 2016-cı ildə “Vahid Rusiya”dan Dövlət Dumasına deputat olduqdan sonra Krım prokuroru vəzifəsini tərk edib.

Məlumat üçün bildirək ki, Poklonskaya Ukraynanın Luqansk vilayətinin Mixayılovka kəndində doğulub.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678