Makron, Şolts və Draqi Kiyevə gedirlər

12 Baxış
Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Mario Draqi iyunun 16-da Ukraynaya səfər edəcəklər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti yazır .

Üç Avropa İttifaqı (Aİ) ölkəsinin liderlərinin birgə səfəri G7 və NATO sammitləri öncəsi baş tutacaq.

KİV-in məlumatına görə, bu yolla onlar Aİ-nin üç ən böyük ölkəsinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə etmək niyyətindədirlər.