Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin iyunun 17-si “son dərəcə vacib” ÇIXIŞ EDƏCƏK – Kreml AÇIQLADI

105 Baxış
Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında Kremlə qarşı sanksiyaların enerji qiymətlərinin artmasına təsirindən və dünyada başlanan ərzaq böhranından danışacaq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov iclas öncəsi çıxışında deyib: “Biz indi bütün bu məhdudiyyətlərin, tətbiq olunan sanksiyaların enerji, ərzaq və sair qiymətlərinə necə təsir etdiyini görürük. Biz bir çox ölkələrin səhvlərinin nəticələrini görürük, hansı ki, ərzaq böhranının başlanmasına səbəb olur. Bu barədə danışmamaq mümkün deyil və mən əminəm ki, prezident də bundan bəhs edəcək” – Peskov bildirib.

“İqtisadiyyat siyasətin girovuna çevrilib və bir çox ölkələrdə siyasətçilər koronavirus zamanı çoxlu sayda səhvə yol veriblər. İndi dünya bu səhvlərin əvəzini ödəyir” – Kreml sğzçüsü vurğulayıb.

“Dost olmayan ölkələrin Rusiyaya qarşı başlatdığı iqtisadi müharibə səhvləri daha da ağırlaşdırdı. Rusiya ona qarşı müharibə aparmaq üçün çox böyük ölkədir” – deyə Peskov fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 15-18-də 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, iyunun 17-də isə Putinin iştirakı ilə plenar iclas keçiriləcək.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678