Lusine Gilavyan: “Bu müharibə bizdən ötrü ömürlük idi”

10 Baxış

Azadlıq Radiosunun erməni xidməti 44 günlük müharibədə yaralanan Hayk Aleksanyan haqqında süjet çəkib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, süjetin maraqlı hissəsi odur ki, Azərbaycanla həmsərhəd Gorus rayonunda yaşayan ermənilər 44 günlük müharibəni ölkələri və erməni xalqı üçün görünməmiş fəlakət adlandırırlar.

Süjetdə vurğulanır ki, müharibədə sağlamlığını itirən Hayk Azərbaycanla həmsərhəd Gorus rayonunun Kornidzor kəndində yaşayır. Vaxtının çox hissəsini göyərçinlərlə keçirən Haykı bizim əsgərlərimiz Suqovuşanda əziblər.

Anası Lusine Gilavyan deyir ki, “Mən 44 günlük müharibə deyə bilmirəm. Bu müharibə bizdən ötrü ömürlük idi. Anası deyir ki, oktyabrın 24-ə qədər oğlu ilə əlaqə saxlaya bilirmiş. Həmin gün isə artıq Haykdan zəng gəlmədi.

“100 faiz uşağımı sap-sağlam göndfərmişəm. Müharibədən sonra yarımcan qayıdıb. Buna dözmək olarmı?”, – deyə anası bildirib.