Ermənistan parlamenti Türkiyə və Azərbaycanla bağlı bəyanatı SƏSƏ QOYMADI
10 Baxış

Ermənistan parlamenti müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərə dair təklif etdiyi bəyanatı səsə qoymayıb.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bugünkü iclasda “Ermənistan” və “Şərəfim var” fraksiyalarının nümayəndələri iştirak etməyiblər.
Hakim partiya “Mülki Müqavilə” isə səsvermədə iştirak etməyib.
Belə ki, sənəd gündəliyə belə salınmayıb.