Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hər iki “ana” yalançıdır, Qarabağ məsələsi… – Ermənistan mediasının etirafı

108 Baxış

“Ermənistanın “daxili siyasi gündəmi” bir-birini və özünü aldatmaqda davam edir. Eyni “gündəm”ə sərf olunan 25 il heç kimə dərs olmadı, bu gün də siyasətdə uğur qazanmağın əsas ilkin şərti cəmiyyəti aldatmaqdır, kim daha ağıllıcasına aldadırsa, o da qalib gələcək”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu fikirlər “İlur.am” saytındakı “Bir-birimizi aldadaraq belə yaşayırıq” məqaləsində əksini tapıb.

Məqalədə qeyd olunur ki, hakimiyyətə qarşı çıxan müxalifətin yaratdığı Müqavimət hərəkatı ənənəvi mübarizə taktikasından əl çəkə bilmir və yenə də “Qarabağ” kartı ortadadır.

“Bütövlükdə bu gün Ermənistanın vəziyyəti məşhur Bibliyadakı uşağın üzləşdiyi durumdadır. Fərq ondadır ki, Bibliyadakı məsəldə Süleyman iki qadına ortada uşağı bölüşdürməyi təklif edir, yalançı ana razılaşır, uşağın həqiqi anası isə yox və beləliklə, uşaq xilas olur. Bizdə isə hər iki “ana” yalançıdır. Üstəlik, söhbət heç də Rusiyadan və Qərbdən getmir. Burada vəziyyət aydındır ki, onların heç biri bizim “anamız” deyil. Onlar Ermənistanı parçalayıb mümkün qədər böyük parça əldə etməyə çalışmaqdan çəkinmirlər”, – nəşr qeyd edib.

Məqladə eyni zamanda hakimiyyətin və müxalifətin müxtəlif bəhanələr axtarması, yeri gələndə Qərbi, ya da Rusiyanı Ermənistana yardım etməməkdə günahlandırıldığı qeyd olunub.

“Deməli, illüziyalara qapılmağa dəyməz. Daxili siyasi mübarizə vətənin xilası üçün deyil, itkilərin günahını başqasının üzərinə atmaq, o “yerdə” hakimiyyəti ələ keçirmək (saxlamaq) üçündür”- mətbu orqanı yazır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678