İtaliyada ilk: ağır xəstə evtanaziya üsulu ilə öldürüldü

10 Baxış

İtaliyada tarixində ilk dəfə evtanaziya proseduru həyata keçirilib.

 

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu üsulun köməkliyi ilə ağır qəzadan sonra 12 il yatağa məhkum olunmuş 44 yaşlı Federiko Karboni həyatdan məhrum edilib.

 

Karboniyə öz istəyi ilə xüsusi hazırlanmış aparat vasitəsilə ölümcül dərman verilib.

 

Qeyd edək ki, İtaliyada evtanaziya ilə həyata son qoymaq üsulu qanunla qadağandır. Bu səbəbdən sözügedən şəxs iki məhkəmə prosesi və səhiyyə orqanlarının qadağalarından keçməli olub.