3 ölkə lideri gizli şəkildə Zelenskini Putinlə danışıqlara çağırdı – “Die Welt”

9 Baxış

Almaniya, Fransa və İtaliya liderləri Olaf Şolz, Emmanuel Makron və Mario Draqi Kiyevə səfəri zamanı “qapalı qapılar arxasında” ukraynalı həmkarı Volodimir Zelenskini Rusiya tərəfi ilə danışıqları bərpa etməyə çağırıblar.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.

Mənbə qeyd edir ki, ki, üç Avropa liderinin birlikdə Ukraynaya səyahət etməsi “güclü birlik siqnalından xəbər verir”. Həqiqətən onlar rəsmi Kiyevə Avropa Birliyində namizəd statusunun verilməsinin tərəfdarı olublar.

Bunun müqabilində dövlət və hökumət başçıları “qapalı qapılar arxasında” çox güman ki, Zelenskini Rusiya prezidenti Vladimir Putinlə danışıqlar masasına oturmağa inandırıblar. Çünki ölkələrinə dəyən iqtisadi ziyan getdikcə çoxalır və bunu bərpa etmək çətinləşəcək”, məqalədə deyilir.