Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa III dünya müharibəsindən qaçmaq üçün Litvanın bir hissəsini QURBAN VERƏCƏK

103 Baxış

Avropa üçüncü dünya müharibəsindən qaçmaq üçün Litvanın bir hissəsini qurban verə bilər.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikri Ordu Tədqiqatları, Konversiya və Silahsızlaşdırma Mərkəzinin eksperti Mixail Samus “FREEDOM” telemarafonunun efirində deyib.Onun sözlərinə görə, Rusiya Suvalki dəhlizini (Belarus və Kalininqrad arasında) işğal etmək üçün Litvaya hücum etmək qərarına gələ bilər.

Rusiya və Belarus “Qərb” təlimləri zamanı dəfələrlə Suvalki dəhlizinin tutulmasını işləyib hazırlayıblar.

“Belə bir hücum olarsa, NATO ölkələri mövqe tuta bilər ki, gəlin Litvanın bir hissəsini qurban verək, Rusiyaya dəhliz ayıraq və üçüncü dünya müharibəsinin eskalasiyasına imkan verməyək”, – Samus hesab edir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678