Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlon Maskdan xəbərdarlıq: bu ölkənin sonu Yaponiya kimi ola bilər

83 Baxış

“Tesla” və “SpaceX”in baş direktoru İlonMusk, ABŞ-da doğuş nisbətinin aşağı düşməsi ilə əlaqədar ölkəyə xəbərdarlıq edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Mask doğuş nisbətinin aşağı düşməyə davam edəcəyi təqdirdə ABŞ-ın sonunun Yaponiya kimi olacağını söyləyib:

E.Mask bu barədə cümə günü “Twitter”də paylaşım edib. O ABŞ-da doğum nisbətinin 50 ildir aşağı səviyyədə olduğunu bildirib.

Keçən il Yaponiyanın əhalisi doğum nisbətinin azalması və əhalinin sürətlə qocalması səbəbindən 600 mindən çox azalıb. Maskın fikrincə, Yaponiya potensial olaraq yox ola bilər.

Qeyd edək ki, İ.Mask bundan əvvəl də bütün dünyada əhalinin azalmasının qarşısını almaq üçün ailələrin daha çox uşaq sahibi olması gərəkdiyini söyləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678