Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp 2024-cü il seçkilərində qalib gələ bilər – SORĞU

113 Baxış

Səsvermə indi keçirilsə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkidə hazırkı dövlət başçısı Co Baydenə qalib gələ bilər.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Bostonun Emerson Kollecinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Belə ki, amerikalıların 44%-i 2024-cü il üçün nəzərdə tutulan seçkilərdə Trampa, 39%-i isə Baydenə səs verməyə hazır olduqlarını bildirir. Üstəlik, Baydenə dəstək səviyyəsi may-iyun ayları ərzində üç faiz azalıb. May ayında sorğuda iştirak edən amerikalıların 42%-i seçkidə hazırkı prezidenti dəstəkləməyə hazır idilər.

 

Eyni zamanda, respondentlərin daha 12%-i 2024-cü il seçkilərində başqa namizədə səs verməyə üstünlük verəcəyini bildirib. Sorğu iştirakçılarının qalan hissəsi qərarsız olub.

Sorğu 28-29 iyun tarixlərində ölkə üzrə 1200 amerikalı arasında aparılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678