Rusiya ilə müharibə nə vaxt və necə bitəcək – Kəşfiyyat rəisi

16 Baxış

Rusiya-Ukrayna müharibəsində Kiyevin xeyrinə dönüş nöqtəsi avqust ayından başlayacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, belə bir proqnozla “RBC-Ukrayna”ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
Onun fikrincə, aktiv hərbi əməliyyatlara gəlincə, bu əməliyyatlaırn böyük bir hissəsi ilin sonuna qədər başa çatacaq.

“İlin sonunadək aktiv hərbi əməliyyatların kifayət qədər azalacaq. Amma bu hələ son olmayacaq, nə dediyimi düzgün başa düşmək lazımdır” – Budanov qeyd edib.

Ukrayna kəşfiyyatının rəhbəri onu da əlavə edib ki, böyük müharibənin sonunu yalnız 1991-ci ildəki sərhədlərə çatdıqda olacaq: “Başqa heç bir ssenari nəzərə keçirilmir. Bununla da Rusiyanın indiyədək həyata keçirdiyi bütün avantüralarının sonu olacaq”.

“Müharibə nə vaxt bitə bilər və bunun üçün nə lazımdır?” sualına Baş Kəşfiyyat İdarəsinin rəisi belə cavab verib: “Gələn il, mən belə düşünürəm”.