Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bir il keçib, hələ də onlar saxlanılmayıb – Zurabişvili

110 Baxış
Gürcüstan Prezidenti Salome Zurabişvili ötən ilin 5 iyul tarixində Tiflisdə radikal qruplar tərəfindən onlarla jurnalistə qarşı həyata keçirilən hücumlardan söz açıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, prezident hadisələrdən 1 il keçməsinə baxmayaraq, hələ də cəmiyyətin günahkarları məsuliyyətə cəlb edilməsini gözlədiyini bildirib.

Onun sözlərinə görə, demokratik ölkələrdə qadağa ən son addım olmalıdır, ancaq məhz demokratik ölkələrin təcrübəsindən qaynaqlı olaraq rusiyayönümlü qrupların qadağan edilməsi məsələsi gündəmə gətirilə bilər:

“Onlar (rusiyayönümlü qruplar – red.) ərazilərinin 20%-i Rusiya tərəfindən işğal altında saxlanılan bir ölkədə gücləndilər ki, bu da qəbuledilməzdir. Hər kəs öz məsuliyyətini üzərinə götürməlidir. Belə qrupların qorunması, onların rusiyayönümlü və antiavropa təbliğatı aparmaları qəbuledilməz olmalıdır”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678