Britaniyanın baş nazirliyi postuna 8 namizəd – Siyahı

16 Baxış
Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri seçilmək üçün səkkiz namizəd qeydə alınıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı parlament komitəsinin rəhbəri Qrem Bredi məlumat yayıb.

Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalı idi. Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasının 358 deputatı var.

İyulun 13-də keçirilməsi planlaşdırılan səsvermənin birinci turunda aşağıdakılar mübarizə aparacaq:

Keçmiş maliyyə naziri Rişi Sunak

Xarici işlər naziri Liz Trass

Ticarət nazirinin müavini Penni Mordont

Maliyyə naziri Nadim Zahavi

Sabiq xarici işlər naziri Ceremi Hant

Britaniya İcmalar Palatasının xarici əlaqələr komitəsinin rəhbəri Tom Tugendhat

İngiltərə və Uelsin baş prokuroru Sue-Ellen Braverman

Deputat Kemi Baydnokk.