Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Medvedyev ruslara SƏSLƏNDİ: “Pullarınızı rublla saxlayın”

101 Baxış
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev avronu “çürük” valyuta adlandırıb və əmanətləri rublla saxlamağı məsləhət görüb.

Turanmedia.az xarici teleqram kanalına istinadən xəbər verir ki, Medvedyev bu barədə özünün Telegram kanalında yazıb.

Rusiya rəsmisi avronun dollara nisbətdə davam edən ucuzlaşmasına münasibət bildirib.O. əlavə edib ki, Avrozonada sistem böhranının başlayacağı ilə bağlı proqnozlar artıq özünü doğruldur:

“Sanksiyalar işləmir və avropalıların özləri üçün zərərlidir. Avro zəifləyir. “Çürüyən” avroya qarşı ən yaxşı müdafiə etibarlı tərəfdaşlarımızla ticarətdə yeni ödəniş üsullarına keçid və milli valyutalardan istifadədir. Rusiya rublu, Çin yuanı, Hindistan rupisi və s missal göstərmək olar. Gələcəkdə, BRİKS ölkələrinin yeni ehtiyat valyutasının yaradılması da mümkündür. Müasir dünyada dollar, avro və funt sterlinq kifayət etmir. Əmanətlərinizi rublla saxlayın”, – Medvedyev vurğulayıb.

Xatırladaq ki, dollar və avro son 20 ildə ilk dəfə qiymət baxımından demək olar ki, bərabərləşib. Belə ki, Rusiya Mərkəzi Bankı Amerika valyutası üçün qiyməti 61,305 rubl, Avropa üçün isə 61,806 rubl müəyyən edib. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678