Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya üçün xüsusi beynəlxalq tribunal yaradıla bilər” – Kuleba AÇIQLADI

92 Baxış
Rusiya üçün xüsusi beynəlxalq tribunal yaradıla bilər.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğundan, Avropa Komissiyasından, Niderland hökumətindən xahiş etmək niyyətindədir. Kuleba Haaqada onlayn tədbirlərdə iştirak edəcəyini açıqlayıb:

“Əsas müzakirə mövzulardan biri Ukraynaya qarşı törədilən cinayətlərə görə xüsusi tribunalın yaradılması olacaq. Bu, mənim çıxışımın ana xəttini təşkil edəcək”, – deyə Kuleba vurğulayıb.

Ukraynalı nazirin sözlərinə görə, o, müvafiq beynəlxalq müqavilə imzalamağı təklif etmək niyyətindədir. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678