Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anomal istilər səbəbindən qatarların sürəti məhdudlaşdırılıb

90 Baxış

Türkmənistan Dəmir Yolları iyul-avqust aylarında istilərlə əlaqədar qatarların sürətini məhdudlaşdıracaq.

Turanmedia.az “Ölkə.az”a istinadən xəbər verir ki, qərar təhlükəsizlik məqsədi ilə, dəmir yolunun polad hissələrinin güclü isinməsi səbəbindən qəbul edilib.

Qeyd edək ki, regionun digər ölkələrində olduğu kimi Türkmənistanda da anomal isti hava şəraiti hökm sürür. Sinoptiklərin məlumatına görə, son günlər Türkmənistanın şərqində və cənub-şərqində havanın temperaturu 45-47 dərəcə səviyyəsinə qalxıb. Hava proqnozlarına görə, anormal istilər, iyulun sonuna kimi davam edəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678