Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pxenyandan “yeni Koreya müharibəsi” ilə bağlı XƏBƏRDARLIQ

104 Baxış

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi ABŞ və Koreyanın birgə təlimlərini tənqid edib. Bu təlimlərin Koreya yarımadasında yeni silahlı münaqişəyə səbəb ola biləcəyini açıqlayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Tona İlbo” qəzeti məlumat yayıb:

“Hər cür bəhanələrlə keçirilən hərbi təlimlərin nə zaman ikinci Koreya müharibəsinə çevriləcəyini heç kim proqnozlaşdıra bilməz”, – KXDR Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

Bu arada Koreya yarımadasının hər iki ştatında Koreya müharibəsinin (1950-1953) başa çatmasının ildönümü qeyd olunur.

Rəsmi Pxenyan qeyd edib ki, bu yaxınlarda Amerika “F-35A” qırıcılarının və Cənubi Koreyaya məxsus hücum helikopterlərinin mərmilərlə irimiqyaslı manevrləri yarımadada təhlükəsizlik vəziyyət yaradıb.

Qəzetin yazdığına görə, Birləşmiş Ştatlar KXDR-ə qarşı aqressiv niyyətləri barədə getdikcə daha açıq danışır. Birgə təlimlərin KXDR-dən gələn təhdidə qarşı hazırlaşmaq imkanı verdiyini açıqlayır.

Xatırladaq ki, Koreya müharibəsi 25 iyun 1950-ci ildə başlayıb və 27 iyul 1953-cü ildə başa çatıb. Münaqişədə KXDR və Koreya Respublikasından başqa, çinli könüllülər və BMT bayrağı altındakı Amerika ordusu iştirak edib. Pxenyan isə SSRİ-dən dəstək alıb. Müharibə atəşkəslə başa çatsa da, indiyədək sülh müqaviləsi imzalanmayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678