Prezidentdən şok: Kosova bu gecə hücum edəcək!

8 Baxış

Kosova ordusu gecə yarısı ölkəyə hücum etməyi planlaşdırır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Düşünürəm ki, biz indiki qədər çətin və ağır vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır”, – deyə Serbiya prezidenti bildirib.

Bundan əvvəl Kosova və Serbiya sərhədində atəş və hava hücumlarının eşidildiyi bildirilib.

Yerli vaxtla saat 18:00-dan sonra şəhərdə hava hücumu sirenləri səslənib, serblər Kosovanın şimalında barrikadalar qurur, yollar bağlanıb.