Çinin Tayvana hücum üçün gücü yoxdur

8 Baxış

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə görə Çinin adaya hücum etmək riski mövcud deyil. Ona görə ki, bunun üçün Çinin kifayət qədər gücü yoxdur.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın beynəlxalq təhlükəsizlik sahəsində aparıcı ekspertlərindən biri, alim Sasakavı Çuneo Vatanabe deyib.

Onun sözlərin görə, riskin olmaması Çinin desant gəmilərinin çox olmamasından irəli gəlir:

“Amma bu hücum 5-6 il ərzində baş tuta bilər. O şərtlə ki, Çin lazımi hərbi qüvvəsini tez bir zamanda toplasın. Bu halda Çin və ABŞ arasında toqquşma ehtimalı çoxalır. Əsas məsələ isə Amerikanın Tayvanı müdafiə etməyə hazır olub-olmayacağıdır. Əgər hazır olmasa, Çinin Tayvana hücum etmək ehtimalı artır”.

Qeyd edək ki, Nensi Pelosi hazırda Tayvanda rəsmi səfərdədir.