Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstandan Medvedyevin paylaşımına cavab

99 Baxış

Gürcüstanın 5 min illik mövcudluq tarixi var və bunu heç kim dəyişə bilməz.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hakim partiyasının aparıcı üzvlərindən olan Arçil Talakvadze Dimitri Medvedyevin sosial media hesabı vasitəsilə paylaşılan statusuna cavab olaraq bildirib.

“Təhlükələr və çətinliklərlə dolu bir vaxtda, çətin bir regionda yerləşirik. Bütün istiqamətlərdən Gürcüstanın sabitliyinə konkret təhlükələr meydana çıxır. Rusiya Gürcüstan ərazisinin qanunsuz işğalını davam etdirir. Biz isə ərazi bütövlüyümüzü qorumaq və uzunmüddətli sabitlik üçün beynəlxalq prinsiplərə sadiq şəkildə mübarizəmizi davam etdiririk. Bu bizim hakimiyyətimizin bir nömrəli tapşırığıdır”, – deyə Talakvadze deyib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin VKontakte sosial şəbəkəsində etdiyi paylaşımda Gürcüstana qarşı da sərt mövqe sərgilənib. Dimitri Medveydevin sosial şəbəkə hesabında dərc edilən məqalədə Gürcüstan Rusiyanın tarixi hissəsi kimi qələmə verilib. Daha sonra isə paylaşım silinib və statusun Medvedyevə aid olmadığı, hesabın ələ keçirilməsi ilə ora yazı yerləşdirildiyi bildirilib.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678