Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan ayın sonuna kimi Laçından yan keçən yolun çəkilməsini öhdəsinə götürüb – Baqdasaryan

110 Baxış

Erməni tərəfi bir ay ərzində Laçından yan keçən yeni yolumuzla birləşəcək hissəni tikib, şəhəri təhvil verəcək.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu “Etq” qəzetinin baş redaktoru Edik Baqdasaryan öz Facebook səhifəsində yazıb. O, Paşinyanın tezliklə Laçını təhvil verəcəyini bildirib.

“Görünür, danışıqlarda “razılıq” var. Erməni tərəfi ayın sonuna kimi Berdzor (Laçın) ətrafında yol çəkməli və şəhəri təslim etməlidir. Bu, yolun üç kilometrlik hissəsidir ki, Kornidzor (Zəngəzurda kənd) yolunun tikintisinə qədər Ermənistanla əlaqə onun vasitəsilə həyata keçiriləcək.

Bunun nə dərəcədə doğru olduğunu yaxın günlərdə öyrənəcəyik”, – deyə Baqdasaryan qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678