Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenski gecikməyə görə Avropanı ittiham etdi

95 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını Kiyevə 8 milyard avro məbləğində makromaliyyə yardımını süni şəkildə gecikdirməkdə ittiham edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, o bunu öz Teleqram kanalında yayımladığı videomüraciətində deyib.

Ukrayna lideri avropalı həmkarlarına bildirib: “Siz ukraynalı təqaüdçüləri, məcburi köçkünləri, müəllimləri və büdcə ödənişlərindən asılı olan digər vətəndaşları öz qərarsızlığının və ya bürokratiyasının girovuna çevirə bilməzsiniz. Dövlətimiz üçün makromaliyyə yardımının belə süni şəkildə gecikdirilməsi ya cinayətdir, ya da səhvdir. Hansının daha pis olduğunu söyləmək çətindir”.

Zelenski eyni zamanda yardımın göstərilməsi prosesini ləngidən ölkənin adını çəkməkdən imtina edib.

Lakin o ümid edir ki, bu bir səhvdir və düzəldiləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678