Çinin 49 qırıcısı Tayvan sərhədini keçdi

9 Baxış

Çinə aid 49 qırıcı Tayvan boğazında tərəflər arasında faktiki dəniz və hava məkanını müəyyən edən sərhədi pozub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“24 ədəd Su-30, 7 ədəd J-10, 6 ədəd J-11 və 10 ədəd J-16 qırıcı, eyni zamanda 1 ədəd Y-8 EW və 1 ədəd Y-8ASW dəniz patrul təyyarəsinin xəttin şərq tərəfinə keçdiyi müəyyən edilib. Həmin döyüş təyyarələrinə xəbərdarlıq edilib və Tayvana məxsus qırıcı və zenit raket kompleks sistemləri tərəfindən izlənilib”, – məlumatda bildirilib