Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tsarevoda HƏYƏCANLI ANLAR: uşaqlar çimərlikdə mina tapdılar

107 Baxış

Bolqarıstanın kurort şəhəri Tsarevoda uşaqlar rapanlar tutarkən dənizdə mina tapıblar.

Turanmedia.az “Ölkə.az”a istinadən xəbər verir ki, bu barədə BGNES məlumat yayıb.

Nəşrin məlumatına görə, uşaqlar mina tapdıqdan sonra xilasedicilərə bu barədə xəbərdarlıq ediblər. Partlayıcı mərminin tapıldığı yer hasara alınıb. Eyni zamanda, insanlar çimərliyin digər hissələrində də üzməyə davam ediblər.

Qeyd edilib ki, bolqar mütəxəssislər tapılan mərmi növünü müəyyən etdikdən sonra minanı məhv etməyi planlaşdırırlar.

Qeyd edək ki, Bolqarıstanda son bir ay ərzində daha üç şəhərin çimərliklərində mina aşkar edilib.

Xatırladaq ki, daha əvvəl Rumıniya hərbçiləri Qara dənizdə sahildən bir qədər aralıda sürüşən dəniz minasını idarə olunan üsulla partladıblar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678