İrəvanda güclü partlayış: 1 ölü, 30 yaralı

14 Baxış

İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 6 yanğın-xilasetmə bölməsi və təcili tibbi yardım maşınları göndərilib.

Nazirlik çoxlu sayda yaralının olduğunu bildirib.

Erməni Teleqram kanallarının yaydığı məlumata görə, partlayış pirotexniki avadanlıqların yanması nəticəsində baş verib.