İrəvanda nə baş verir?

82 Baxış

Ermənistan Fövqəladə Hallar Nazirliyinə bir sıra obyektlərə bomba qoyulması ilə bağlı xəbər daxil olub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, daxil olan məlumatda İrəvan metropoliteninin bütün stansiyalarına, bütün hərbi və mülki obyektlərə, ticarət mərkəzlərinə, zoopark, parlament binası, Qriqor Lusaroviç kilsəsinə bomba qoyulduğu bildirilib.

Əraziyə xilasedicilər, mütəxəssislər cəlb edilib.

Əlavə məlumat verilmir.

Qeyd edən ki, son günlər İrəvanda mülki və hərbi obyektlərə bomba qoyulması ilə bağlı məlumatlar yayılıb.