Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvan aeroportunda bomba həyəcanı

94 Baxış

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın “Zvartnots” beynəlxalq hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan FHN-in mətbuat katibi Ayk Kostanyan bildirib.

“Çağırışa istehkamçılar və kinoloqlar qrupları yollandılar. İşlər aparılır”, – o deyib.

Daha əvvəl FHN-ə İrəvan metropoliteninin stansiyalarına partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub. Hazırda metronun işi dayandırılıb, yoxlama aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678