Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Putinə G20 sammitində yer yoxdur” – Rişi Sunak

94 Baxış

“Putinə G20 sammitində yer yoxdur”.

Turanmedia.az-ın məlumatına görə, KONKRET.az “Reuters”ə istinadla xəbər verir ki, bu bəyanatla Böyük Britaniyanın Baş naziri postuna namizədlərdən Rişi Sunak çıxış edib.

O deyib ki, G20 ölkələrinin rəhbərləri Putini gələcək sammit çərçivəsində görüşlərinə buraxmamalıdırlar. Ukraynada müharibə getdiyi bir vaxtda Rusiya Federasiyası Prezidentinin danışıqlarda yeri yoxdur.

“Bizim G20-dəki tərəfdaşlarımız və müttəfiqlərimiz Putinin iyrənc davranışını pisləmək üçün kollektiv məsuliyyət daşıyırlar. O, uşaqların yatarkən çarpayılarında öldürülməsinə cavabdeh olduğu halda onunla masa arxasında oturmaq olmaz. Biz Putinə sərt mesaj göndərməliyik. Ukraynadakı qeyri-qanuni müharibəsini dayandırmayana qədər onun masada yeri olmayacaq”, – deyə Sunak bildirib.

Xatırladaq ki, avqustun 19-da Putin G20-nin iclasında iştirak etməyə hazırlaşır. O, Zelenski kimi İndoneziya Prezidenti Coko Vidododan dəvət alıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678