Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranla nüvə sazişi: AB-nin planı üzə çıxdı

81 Baxış

Avropa Birliyinin (AB) Vyana danışıqlarında İranın nüvə sazişini yenidən canlandırmaq üçün təklif etdiyi plan ortaya çıxıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Əl-Cəzirə” telekanalı çıxış edib.

İddiaya görə, təklifdə Tehranın nüvə fəaliyyətlərini tədricən məhdudlaşdırması müqabilində, banklar da daxil olmaqla, 160-dan çox İran təşkilatına qarşı sanksiyaların dərhal ləğv olunması yer alıb.

Bundan başqa vurğulanır ki, Brüsselin “yekun” adlandırdığı təklif 4 mərhələdən ibarətdir və tam həyata keçirilməsi üçün ən azı 120 gün vaxt lazımdır.

Saziş imzalanandan sonrakı ilk günlərdə İranın 17 bankı və 150 ​​digər iqtisadi quruma qarşı sanksiyaların ləğvi planlaşdırılır.

Tehran da ilk gündən saziş çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayacaq və nüvə fəaliyyətlərini azaldacaq.

Qeyd olunur ki, bu sazişin həyata keçirilməsi, hazırda Cənubi Koreyada dondurulmuş İran vəsaitlərinin 7 milyard dollarının sərbəst buraxılmasını da əhatə edəcək.

Bundan başqa, sazişin imzalanmasından sonrakı 120 günlük müddət ərzində İrana yoxlama mexanizmi çərçivəsində 50 milyon barrel neft ixracına icazə verilməsi təklifdə yer alıb. Bu müddət bitdikdən sonra İran sutkada 2,5 milyon barrel neft ixrac edə biləcək.

Həmçinin vurğulanıb ki, əgər ABŞ müqaviləni bir daha tərk edərsə, cərimələrin ödənilməsi öhdəliyini yerinə yetirməli olacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678