Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu tarixdə Ermənistanda vəziyyət gərginləşə bilər: Tonoyan erməniləri Respublika Meydanına SƏSLƏDİ

90 Baxış

“Bütün erməniləri avqustun 23-də Respublika Meydanına gəlməyə çağırıram”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu çağırışla “5165” partiyasının sədri Karin Tonoyan çıxış edib.

“Mən Ermənistanın Müstəqillik Bəyannaməsinə həsr olunan 23 avqust mitinqinin təşəbbüskarı Edqar Qazaryanla görüşdüm. Narahatedici suallara cavab aldıqdan sonra özümü adi bir vətəndaş kimi mitinqə mütləq qoşulmağa və Nikol Paşinyanla görüşü yaxından izləməyə borclu sayıram”.

“Mən bütün erməniləri Respublika meydanına gəlməyə və dövlətimizin yeganə real və hüquqi əsası olan İstiqlal Bəyannaməsi uğrunda ayağa qalxmağa çağırıram” – deyə Tonoyan fikirlərini tamamlayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678