Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FSB Darya Duqinanı öldürən şəxsin kimliyini müəyyən edib

97 Baxış

Bu Ukrayna vətəndaşı Vovk Natalya Pavlovnadır.

 

Federal Təhlükəsizlik Xidməti rusiyalı jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.

Şənbə günü axşam Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində, istintaq orqanlarının məlumatına görə, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

Turanmedia.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, FSB-nin açıqlamasına görə, hadisə Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilib. Məlumatda deyilir: “Cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb törədildiyi müəyyən edilib. İfaçı 23 iyul 2022-ci ildə qızı 2010-cu il təvəllüdlü Şaban Sofiya Mixaylovna ilə birlikdə Rusiyaya gələn 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Vovk Natalya Pavlovnadır. Darya Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün onlar Moskvada mərhumun yaşadığı evdə mənzil kirayələyiblər”.

Bildirilir ki, qətl günü Vovk və Şaban Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar. Partlayışdan sonra Vovk qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya gedib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678