Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kərbəlada DƏHŞƏT: Ziyarətgah uçdu, ölənlər və yaralılar var

141 Baxış

İraqın Kərbəla şəhərində uçqun baş verib.

Turanmedia.az “modern.az”-a istinadla xəbər verir ki, şəhərdəki Qəttarat İmam Əli türbəsinin damı çöküb.

Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq var. Ölü sayının artması istisna edilmir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678