Hüquq müdafiəçisi İqor Kalyapinə HÜCUM EDİLDİ – Onun üzünü KƏSDİLƏR

17 Baxış

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) üzvü, “İşgəncələrə Qarşı Komitə”nin təsisçisi İqor Kalyapinə hücum edilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, hücum çərşənbə günü axşam hüquq müdafiəçisinin yaşadığı Nijni Novqorod vilayətində baş verib.

Hücum edən şəxs Kalyapinin üzünü kəsərək onu boğmağa çalışıb. O, polisə zəng edə bilib və cinayətkar tutulub.

Hazırda araşdırmalar aparılır. Hücumdan sonra Kalyapin xəstəxanaya yerləşdirilib, həkimlər ona beyin silkələnməsi diaqnozu qoyublar.