Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstan türk F-16-larına S-300-lərlə hücum edib?

88 Baxış

Yunanıstanın kəşfiyyat missiyasını yerinə yetirən Türkiyə təyyarələrinə qarşı S-300 hava hücumundan müdafiə sistemlərini işə salıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid F-16-ların avqust ayında Egey və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçuşları zamanı müttəfiqlik ruhuna uyğun gəlməyən böyük bir insident yaşanıb. Türkiyə təyyarələri Krit adasında yerləşdirilən S-300 hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. S-300-dən Rodos adasının 10 min fut qərbində kəşfiyyat missiyası aparan F-16 qırıcısına yer-hava tipli raket buraxılıb. Buna baxmayaraq, pilotlar öz planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar”, – kanal bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678