Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeni baş nazir Çini təhdid elan edəcək: gərginlik artır

85 Baxış

Britaniyanın xarici işlər naziri Liz Tras sentyabrda hakim Mühafizəkarlar Partiyasının lideri və baş naziri seçilsə, ilk dəfə Çini Böyük Britaniyanın təhlükəsizliyinə təhdid elan edərək, ona Rusiya kimi status verəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti Xarici İşlər Nazirliyinin rəhbərinin əməkdaşlarına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Tras Britaniyanın xarici siyasətini yenidən düşünməyə və təhlükəsizlik, müdafiə və xarici siyasət üzrə yeni Kompleks İcmalı qəbul etməyə söz verib. Londonun bu sahələr üzrə hədəflərini müəyyən edən sonuncu belə sənəd yalnız 2021-ci ilin martında dərc edilib. O, Rusiyanı Britaniya üçün ən kəskin birbaşa təhdid adlandırıb. Çin “müasir dünyanın ən mühüm geosiyasi amili olaraq Britaniya dəyərlərinə və maraqlarına böyük təsir göstərən” kimi xarakterizə edilib.

Mətbu orqanı onu da yazıb ki, Çin ilə heç bir iqtisadi tərəfdaşlıq olmayacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678