Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Putinin bu tələsinə düşmək olmaz”

94 Baxış

Kremlin Ukraynanı danışıqlar prosesinə cəlb etməsi, Putin və Rusiya üçün hərbi gücləri bərpa etmək üçün faydalıdır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko “Espresso” telekanalına müsahibəsində deyib.

“Ruslar anlayırlar ki, birbaşa cəbhədən zərbə nəticə vermir. Ona görə də başqa yollar axtarmaq lazmdır. Çünki yenidən qruplaşıb, özünü bərpa etmək üçünsə vaxt lazımdır. Buna görə danışıqlar və barışıq tələb edir. Və Putin də bunu danışıqlar prosesi adlandırır”, – sabiq nazir hesab edir.

Diplomatın sözlərinə görə, Ukrayna 2014-cü ildə təcavüzə uğrayandan sonra işğalçı ilə danışıqlarda artıq səkkiz illik təcrübəyə malikdir.

“Biz bunun necə bitdiyini bilirik. Yeni heç nə yoxdur, bu, Ukraynanı danışıqlar tələsinə sürükləyən eyni taktikadır. Mən çox ümid edirəm ki, bizim hökumət bu tələyə düşməyəcək”, – Oqrızko deyib.

Onu da qeyd edək ki, rəsmi Kiyev indiki mərhələdə danışıqlar prosesini Ukrayna üçün “ölüm hökmü” hesab edir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678