Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Trampın müxalifləri və tərəfdarları arasında qarşıdurma: Gənci kürəyindən bıçaqladılar

285 Baxış

Vaşinqtonda ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları və müxalifləri arasında çıxan qarşıdurmada bir nəfər kürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.

“Washington Post” ölkənin Yanğınsöndürmə Xidmətinə istinadən xəbər verir ki, şənbə günü Trampın tərəfdarları ABŞ-ın paytaxtında ölkənin hazırkı liderinə dəstək üçün mitinq keçiriblər.

Bütün marşrut boyunca və mitinq yerlərində küçələr bağlanıb, gücləndirilmiş polis dəstələri keşik çəkiblər.

Qəzetin yazdığına görə, yerli vaxtla saat 20:00-da (bazar günü Bakı vaxtı ilə 05:00 – red.) Ağ Evin şərqindəki beş məhəllədə Trampın tərəfdarları və müxalifləri arasında qarşıdurma yaranıb və Respublikaçıların tərəfdarları dəyənəklərlə hücuma keçiblər. Polis gələnə qədər qruplar bir neçə dəqiqə döyüşüblər:

“Dava zamanı 20 yaşlı gənc kürəyindən bıçaqlanıb və ağır yaralanaraq xəstəxanaya aparılıb”.

Şənbə günü digər zərərçəkənlər də olub: ABŞ-ın paytaxtında “ABŞ-ın iki barışmaz versiyası ortaya çıxdı” və aksiyalar əsasən sülh yolu ilə davam etsə də, qarşıdurmalar meydana gəlib.

Qəzetin yazdığına görə “hər iki tərəfdə qana bulaşmış insanlar var idi”, ən azı 10 nəfər nəzarətə alınıb. İğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678